Modern.az

"İraqda İslam Müqaviməti" ABŞ-a qarşı 27 hücum təşkil edib

"İraqda İslam Müqaviməti" ABŞ-a qarşı 27 hücum təşkil edib

Dünya

Bu gün, 11:26

İranın dəstəklədiyi şiə milisləri şəbəkəsi-"İraqda İslam Müqaviməti" şənbə günü son 24 saat ərzində İraqda və bütün bölgədə ABŞ hərbi bazalarını hədəf alan 27 əməliyyata görə məsuliyyəti öz üzərinə götürüb.

Modern.az xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.

Bəyanatda qruplaşma döyüşçülərinin yerlərini göstərmədən, itki və ya zərər barədə ətraflı məlumat vermədən düşmən bazalarına zərbə endirmək üçün dron və raketlərdən istifadə etdiyini bildirib.

ABŞ və İsrailin İrana hücumlar başlatdığı 28 fevraldan bəri "İraqda İslam Müqaviməti"nin himayəsi altında fəaliyyət göstərən qruplar İraqdakı ABŞ hərbi obyektlərinə təxminən 300 hücum təşkil etdiyini bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı