ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə bütün avropalı müttəfiqlərindən daha çox etibar etdiyini etiraf edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ lideri ilə müsahibədən sonra “MS Now” telekanalının jurnalisti bildirib.
Onun sözlərinə görə, Tramp bir daha bildirib ki, Ukrayna lideri Vladimir Zelenski ilə münasibət qurmaq Vladimir Putinlə münasibət qurmaqdan daha çətindir.
Jurnalistin sözlərinə görə, "Tramp həmçinin qeyd edib ki, Putin Avropadan qorxmur və o, Putinə Vaşinqtonun bütün avropalı müttəfiqlərindən daha çox etibar edir".