Bütün Ermənilərin Katolikosu II Qareginə Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər etmək icazəsi verilməyib.
Modern.az xəbər verir ki, bu barədə sosial mediada vəkil Ara Zöhrabyan bildirib.
Katolikosun ofisi Gürcüstan Patriarxlığından 22 mart tarixinə planlaşdırılan dəfn mərasimlərində və liturgiyada iştirak etmək üçün dəvət alıb. Vəkil qonşu ölkədəki yas mərasimini nəzərə alaraq katolikosun mərasimdə iştirak etmək üçün müvəqqəti olaraq səfər etməsi üçün vəsatət qaldırıb, lakin rədd cavabı alıb.
Qeyd edək ki, fevral ayında Masiatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın vəzifəsindən azad edilməsi ilə əlaqədar katolikosa qarşı cinayət işi açılıb. Bu işin bir hissəsi olaraq, onun ölkədən çıxışı qadağan edilib.
Xatırladaq ki, II İliya 17 martda Tbilisi klinikalarından birində 93 yaşında vəfat edib. O, sabah - 22 martda Tbilisidəki Sioni Katedralında dəfn olunacaq.
Bütün Gürcüstanın yeni Katolikos-Patriarxı 40 gündən tez və iki aydan gec olmayaraq seçiləcək.