Modern.az

İstanbulda bina çökdü - Yaralılar var

İstanbulda bina çökdü - Yaralılar var

Dünya

Bu gün, 15:14

Türkiyənin İstanbul şəhərində çökən binaların sayı 3-ə çatıb. İlkin məlumata görə beş nəfər dağıntılar altında qalıb, onlardan dördü xilas edilərək xəstəxanaya aparılıb.

Modern.az xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib.

İstanbul Valiliyindən verilən məlumata görə, hadisənin yerli vaxtla saat 12:00 radələrində binalardan birində təbii qaz səbəbindən baş verən partlayış nəticəsində meydana gəldiyi ehtimal edilir.

Hazırda bölgədəki ətraf binalarda sakinlər təxliyə edilir.  Axtarış-xilasetmə işləri davam edir.

 

***

13:40

 

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bina çöküb.

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, bir nəfər xilas olunub.

Hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı