Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları qurumu (UKMTO) Birləşmiş Ərəb Əmirliklərinin Şarja sahilləri yaxınlığında yük gəmisinə qarşı hücum baş verdiyini açıqlayıb.
Modern.az Qatar News Agency-ə istinadən xəbər verir ki, UKMTO Şarjanın 15 dəniz mili şimalında qeydə alınan hadisə ilə bağlı bildiriş aldığını bildirib. Açıqlamada qeyd olunub ki, yük gəmisinin kapitanı gəminin yaxınlığında naməlum mərminin səbəb olduğu partlayışın baş verdiyini xəbər verib.
Qurum bütün heyət üzvlərinin təhlükəsiz olduğunu təsdiqləyib. Bildirilib ki, yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.
UKMTO eyni zamanda bölgədə fəaliyyət göstərən gəmilərə ehtiyatlı olmaları və hər hansı şübhəli fəaliyyəti dərhal müvafiq qurumlara bildirmələri ilə bağlı tövsiyə edib.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-dən etibarən İrana qarşı başladığı zərbələrə cavab olaraq İranın Hörmüz boğazını bağlamasından sonra bu ərazi və ətrafında yerləşən gəmilər mütəmadi hücumlara məruz qalır.