Modern.az

İranda 500 saatdır internet TAM KƏSİLİB

İranda 500 saatdır internet TAM KƏSİLİB

Dünya

Bu gün, 15:40

İranda internet xidməti 500 saatdan çoxdur ki, demək olar tam kəsilib.

Modern.az xəbər verir ki, bu barədə "NetBlocks" beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.

"Artıq 528 saat keçib, İranda 23 gündür internet kəsilib", - məlumatda deyilir.

Bu kəsinti bölgədə hərbi eskalasiya fonunda baş verir. Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və nəticədə Tehran da daxil olmaqla bir neçə şəhərə zərbələr endirilib.

Cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı genişmiqyaslı əməliyyat elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla, ABŞ-nin regiondakı bir neçə ölkəsindəki obyektlərinə zərbələr endirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı