İranın raket arsenalının artıq Londonu hədəf ala biləcək məsafəyə çatması Böyük Britaniya mediasında geniş müzakirələrə səbəb olub.
Modern.az Britaniyanın “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər ölkənin hava məkanının İranın yeni nəsil raketləri qarşısında demək olar ki, yetərincə qorunmadığını düşünürlər.
Qəzetdə qeyd olunur ki, Tehrandan buraxılan raketlər uçuş trayektoriyasını dəyişdiyi təqdirdə, London birbaşa hədəf zonasına düşə bilər.
Bildirilir ki, bu narahatlıqlar martın 21-də İranın Hind okeanında yerləşən Dieqo Qarsiya (Böyük Britaniya və ABŞ-ın ortaq hərbi bazası) istiqamətində iki ballistik raket buraxmasından sonra daha da güclənib.
Xatırladaq ki, həmin raketlərdən biri havada texniki nasazlıq səbəbindən sıradan çıxıb, digəri isə ABŞ-a məxsus hərbi gəmi tərəfindən məhv edilib. Buna baxmayaraq, İranın belə uzaq məsafəni əhatə edən zərbə imkanları Avropa paytaxtlarının əksəriyyətini potensial risk altında qoyur.