İranın Birləşmiş Hava Hücumundan Müdafiə Qərargahı bazar günü ölkənin cənubunda ABŞ-a məxsus hərbi təyyarənin hədəfə alındığını açıqlayıb.
Modern.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, ABŞ-yə aid F-15 qırıcı təyyarəsi İranın cənub sahilləri üzərində, xüsusilə Hörmüz adası yaxınlığında hava məkanında müşahidə edilib.
Açıqlamaya əsasən, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən təyyarəyə qarşı raket buraxılıb. Hadisənin nəticələri və təyyarənin taleyi ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, Hörmüz boğazı və ətraf ərazilər son dövrlərdə regionda artan hərbi gərginliyin əsas nöqtələrindən biri kimi diqqət çəkir. ABŞ və İran arasında qarşılıqlı hərbi fəaliyyətlərin intensivləşməsi bölgədə təhlükəsizlik risklərini daha da artırır.