Tel-Əviv ətrafında İranın həyata keçirdiyi kaset başlıqlı raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb.
Modern.az xəbər verir ki, məlumatı The Times of Israel yayıb. Bildirilir ki, hücum zamanı istifadə olunan raketlərin tərkibindəki çoxsaylı kiçik partlayıcılar geniş əraziyə səpələnərək müxtəlif nöqtələrdə ziyan yaradıb.
Qeyd olunur ki, kaset sursatları geniş əraziyə təsir göstərdiyi və partlamamış qalıqları ilə əlavə təhlükə yaratdığı üçün mülki əhali üçün xüsusilə risklidir.
Hadisə yerində fövqəladə xidmətlər fəaliyyət göstərir. Yaralıların vəziyyəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Son hücumlar İran və İsrail arasında davam edən qarşıdurmanın daha da şiddətləndiyini göstərir. Münaqişə fonunda müxtəlif bölgələrdə hücumların intensivləşdiyi və mülki itkilərin artdığı bildirilir.