Modern.az

Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf

Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf

Dünya

Bu gün, 18:43

Ölkəmizdə elektrik stansiyaları və infrastruktur hədəfə alındıqdan dərhal sonra region boyunca həyati əhəmiyyətli infrastrukturlar, enerji və neft obyektləri legitim hədəf hesab ediləcək.

Modern.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.

“Onlar geridönməz şəkildə məhv ediləcək. Neftin qiyməti isə uzun müddət yüksək qalacaq”, - o əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə İranın müxtəlif elektrik stansiyalarına zərbələr endirəcəyi ilə hədələyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı