Ermənistan Baş naziri Nikol Paşinyan 28 may günü İrəvanın Respublika Meydanında yeni hərbi texnikanın təqdimatının keçiriləcəyini açıqlayıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, parad Ermənistanda Birinci Respublika Günündə münasibətilə keiriləcək tədbirlər çərçivəsində nümayiş olunacaq.
Baş nazirin sözlərinə görə, o qədər çox vətəndaş yeni silahları görmək istəyib ki, hökumət texnikanı ictimaiyyətə nümayiş etdirmək qərarına gəlib.