Modern.az

Küveytin "Şüveyx" limanına dron hücumu olub

Küveytin "Şüveyx" limanına dron hücumu olub

Dünya

Bu gün, 11:53

Küveytin əsas ticarət limanı İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin əsas kommersiya limanı olan "Şüveyx" limanı İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Məlumata görə, hadisə nəticəsində maddi ziyan dəyib, lakin xəsarət alan olmayıb.

Küveyt Limanlar İdarəsinin xəbərinə görə, pilotsuz uçuş aparatları səhər tezdən limanı hədəf alaraq bəzi infrastruktur obyektlərinə ziyan vurub. Bunun ardınca aidiyyəti qurumlarla koordinasiyalı şəkildə dərhal fövqəladə prosedurlar işə salınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran bir milyonluq ordu topladı: ABŞ quru əməliyyatına başlayır