Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəbdəbəli həyat tərzi sürür.
Modern.az xəbər verir ki, bu iddia ilə Ermənistan KİV-i çıxış edib.
Red Line teleqram kanalı yazıb ki, Ararat Mirzoyan kifayət qədər dəbdəbəli həyatı ilə seçilir.
"Mirzoyan bahalı paltarlar geyinir: elit Brunello Cucinelli brendindən yun gödəkçə, Avropa onlayn mağazalarında qiyməti 5955 dollar və ya 2 milyon dramdan çox olan jilet və s...”
Bildirilir ki, hakimiyyətə gələnə qədər o, artıq təxminən 112 milyon dram dəyərində elit daşınmaz əmlak almağı bacarmışdı.
Məlumata görə, 2024-cü ildə Mirzoyanın həyat yoldaşı Qohar Abajyan Almaniyanın Michael Schmidt avtomobil satıcısından 39.405,46 avroya 2024-cü il BMW avtomobili alıb.
"Maraqlıdır, təxminən 4 illik erməni təqaüdçüsünün pensiyası dəyərində jilet geyinən Ararat Mirzoyan nə düşünür: Ermənistanda korrupsiya varmı, yoxsa yox? Yoxsa o, bu jileti kreditlə alıb?", – deyə mətbuat xarici işlər naziri haqda sual edib.
Nazirin Avropada ailəvi istirahətdən çəkilən şəkilləri dəfələrlə erməni sosial şəbəkələrində müzakirələrə səbəb olub.