Modern.az

ABŞ-nin elit hərbçiləri İran sərhədlərinə gəldi

ABŞ-nin elit hərbçiləri İran sərhədlərinə gəldi

Dünya

Bu gün, 11:36

ABŞ-ın elit hərbi birləşmələrindən olan 82-ci hava-desant diviziyasının ilk bölmələri Yaxın Şərqə çatıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, bölgəyə göndərilən qüvvələr ön dəstə xarakteri daşıyır. Onların tərkibinə 1-ci briqada döyüş qrupu – “Devil Brigade”, eləcə də qərargah zabitləri, rabitə və logistika bölmələri daxildir.

Məlumata görə, hərbçilərə hələlik konkret tapşırıq verilməyib. Lakin onların bölgəyə yerləşdirilməsi İran ərazisində mümkün quru əməliyyatı ilə bağlı yayılan xəbərlər fonunda baş verir.

Qeyd edək ki, daha əvvəl regiona 3 mindən çox ABŞ dəniz piyadasının göndərildiyi də açıqlanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB