Modern.az

İsrailin 4 hərbçisi "Hizbullah" tərəfindən öldürüldü

İsrailin 4 hərbçisi "Hizbullah" tərəfindən öldürüldü

Dünya

Bu gün, 11:44

İsrailin Livanın cənubunda apardığı hərbi hücumlar nəticəsində 4 əsgəri həlak olub.

Modern.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri üç hərbçinin kimliyini açıqlayıb.

Beləliklə, Livanda öldürülən İsrail əsgərləri bunlardır: kapitan Noam Madmoni (22 yaş), baş çavuş Ben Koen (21 yaş) və baş çavuş Maksim Entis (21 yaş).

Dördüncü hərbçinin adı  isə hələ açıqlanmayıb. Bir əsgər ağır yaralanıb, digər iki əsgər isə orta dərəcədə yaralanıb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, atışma bir qrup "Hizbullah" terrorçusu aşkar edildikdən və yaxın döyüşə çevrildikdən sonra başlayıb. Yaralıları təxliyə edərkən tank əleyhinə raket İsrail qüvvələrinə dəyib. Beləliklə də, İsrail Müdafiə Qüvvələri tanklar və təyyarələrlə əks cavab verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB