İtaliya Hərbi Dəniz Qüvvələri Türkiyənin “Bayraktar TB3” pilotsuz uçuş aparatlarını (PUA) "Cavour" gəmisinə inteqrasiya etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə İtaliya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı vitse-admiral Enrico Bergotto Senatın Xarici İşlər və Müdafiə Komitəsində keçirilən dinləmələr zamanı məlumat verib. Bildirilib ki, bu addım ölkə üçün daşıyıcı əsaslı pilotsuz sistemlərin inkişafında yeni mərhələ hesab olunur və İtaliyanı "Bayraktar TB3" platformasının ilk Avropa operatoruna çevirə bilər.
Qeyd olunub ki, PUA-lar Leonardo ilə Baykar arasında yaradılan birgə müəssisə vasitəsilə əldə ediləcək.
Ekspertlər hesab edir ki, bu addım İtaliya Hərbi Dəniz Qüvvələrinin pilotsuz sistemlərə keçid strategiyasının mühüm hissəsidir və gələcəkdə təyyarədaşıyan gəmilərdə hibrid hava qruplarının formalaşmasına təkan verəcək.