Metsamor Atom Elektrik Stansiyası aprelin 1-dən etibarən beş ay müddətinə fəaliyyətini dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan hökumətin iclasında bildirib.
Bu qərar AES-in ömrünün uzadılması proqramının bir hissəsi olaraq qəbul edilib: "Çox güman ki, günəş enerjisi stansiyalarımız 2026-cı ildə nüvə elektrik stansiyasının istehsal edəcəyi qədər elektrik enerjisi istehsal edəcək".