Tbilisi meri Kaxa Kaladze rəqiblərinin onun ailə həyatını məhv etməyə çalışdıqlarını bildirib.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, mer "Rustavi 2"yə verdiyi müsahibədə siyasi rəqiblərinin onun həyat yoldaşına təhdidlər yazdığını və tabut şəkilləri göndərdiyini bildirib.
"Bu, şərdir, bu, insanları təhqir etmək və şantaj etmək üçün əlindən gələni edən cinayətkar qrupdur", - Kaxa Kaladze dedi.