Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfərinin uğurlu olduğunu bildirib və müxtəlif sahələrdə konkret razılaşmaların əldə edildiyini bildirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun sözlərinə görə, mədəniyyətdən hərbi-texniki əməkdaşlığa qədər bir sıra sahələrdə razılaşmalar əldə edilib.
Baş nazir razılaşmaların təfərrüatları barədə ətraflı məlumat verməsə də, əməkdaşlığın geniş məsələləri əhatə etdiyini qeyd edib.