Modern.az

Rusiyada generalın ölümü rəsmən təsdiqləndi

Rusiyada generalın ölümü rəsmən təsdiqləndi

Dünya

Bu gün, 12:53

Krımda hərbi-nəqliyyat təyyarəsi An-26-nın qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimal donanmasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə 45-ci ordusunun komandiri Aleksandr Otroşçenko da var.

Modern.az xəbər verir ki, bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis məlumat verib.

“Onların arasında, təəssüf ki, donanmanın aviasiya komandiri Aleksandr İvanoviç Otroşçenko da var,” — deyə qubernator region hökumətindəki əməliyyat iclasında bazar ertəsi günü bildirib

An-26 Krımda 31 mart tarixində qəzaya uğrayıb. İlkin versiya kimi texniki nasazlıq göstərilib. Rusiya KİV-nin məlumatına görə, təyyarə qayaya çırpılıb. Təyyarədə olan bütün şəxslər həlak olub — yeddi ekipaj üzvü və 22 sərnişin. Hərbi istintaqçılar uçuş qaydalarının pozulması ilə bağlı cinayət işi açıb (RF CM 351-ci maddə).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!