Modern.az

İran vasitəçilərin atəşkəs təklifinə cavab hazırlayıb 

İran vasitəçilərin atəşkəs təklifinə cavab hazırlayıb 

Dünya

Bu gün, 13:37

İran atəşkəs barədə vasitəçilərin təkliflərinə cavab hazırlayıb və münasib vaxtda bunu açıqlayacaq.

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai bildirib.

Onun sözlərinə görə, İran öz qanuni tələblərini bildirməkdən çəkinmir və təkliflərə tez cavab verməsi, qarışıqlıq və ya çaşqınlıq əlaməti kimi qiymətləndirilməməlidir.

“Axios”un məlumatına görə, ABŞ və İran 45 günlük atəşkəsin müzakirəsini aparırlar.

Əvvəlcə Reuters agentliyi, təkliflərlə tanış olan mənbəyə istinad edərək, Pakistanın ABŞ və İrana iki mərhələli atəşkəs planını təqdim etdiyini və bunun artıq bazar ertəsindən qüvvəyə minə biləcəyini xəbər vermişdi.

Sizə yeni x var
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!