Modern.az

Ermənistanla ehtiyatlı olmalıyıq - Lukaşenko

Ermənistanla ehtiyatlı olmalıyıq - Lukaşenko

Dünya

Bu gün, 13:43

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli olmalıdır.

Modern.az xəbər verir ki, Lukaşenko bu haqda KTMT-nin baş katibi Taatbek Masadıkovla görüşündə bildirib.

"Ermənistanla münasibətlərimizdə daha nəzakətli və diqqətli olmalıyıq. Bilirsiniz, Ermənistan KTMT-nin işini dəstəkləmir, amma eyni zamanda üzv olaraq qalır. Biz çox nəzakətli olmalıyıq", - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Ermənistandakı vəziyyət çox çətindir.

"Ermənistan bu baxımdan, xüsusən də seçki dövründə çətin vəziyyətdədir. Buna görə də Ermənistanla münasibətlərimizdə çox diqqətli və ehtiyatlı olmalıyıq", - deyə o bildirib.

Keçən həftə, 1 aprel tarixində, Vladimir Putin və Nikol Paşinyan Moskvada Ermənistan-KTMT münasibətləri ilə bağlı mübahisəli fikirlərini açıqlayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!