Modern.az

Türkiyə şirkətindən Trampın hədəfindəki ölkəyə JEST 

Türkiyə şirkətindən Trampın hədəfindəki ölkəyə JEST 

Dünya

Bu gün, 10:44

Türkiyənin "Karpowership" şirkəti Kubanın enerji təminatını gücləndirmək məqsədilə üzən elektrik stansiyalarından birini bu ölkəyə göndərib.

Modern.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilir ki, “Belgin Sultan” adlı ixtisaslaşmış gəmi Havana limanına yan alıb. Telekanal qeyd edir ki, bu gəmi yanacaq təchizatı problemləri yaşayan və köhnəlmiş enerji infrastrukturuna malik ada üçün “xilas halqası” rolunu oynayacaq.

Məlumata görə, "Karadeniz Holding" şirkətinin törəmə qurumu olan Karpowership dünyada üzən elektrik stansiyalarından ibarət donanmaya malik yeganə şirkətdir. Şirkət hazırda Kot-d'İvuar, Qana, Mozambik, Seneqal, İraq və Braziliya da daxil olmaqla bir sıra ölkələrdə fəaliyyət göstərir.

Qeyd edək ki, "Karpowership" tərəfindən istifadə edilən üzən elektrik stansiyaları xüsusi platformalar və ya gəmilər üzərində qurulur və mayeləşdirilmiş təbii qaz, təbii qaz, eləcə də maye yanacaqla işləyə bilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!