Modern.az

Xameneinin son videosu süni intellektlə hazırlanıb - İranı SEPAH idarə edir

Xameneinin son videosu süni intellektlə hazırlanıb - İranı SEPAH idarə edir

Dünya

Bu gün, 10:40

Britaniyanın “The Times” qəzeti İranın Ali Rəhbəri Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə yazıb.

Modern.az xəbər verir ki, qəzetin iddiasına görə, Müctəba Xameneinin son günlər bəzi İran Teleqram kanallarında yayılan videogörüntüsü süni intellektin məhsuludur.

Qəzetin əldə etdiyi informasiyalar ABŞ və İsrail kəşfiyyatının məlumatlarına əsaslanır.

Məlumata görə, Müctəba atasının, Əli Xameneinin öldürüldüyü hücumda (28 fevralda) yaralanıb, ağır və huşsuz vəziyyətdədir.

“The Times” iddia edir ki, Muctəba Xamenei şüurunu itirib və hətta koma vəziyyətindədir.  Onun hazırda İranın Qum şəhərindəki gizli xəstəxanalardan birində müalicə olunduğu qeyd edilir. Qum şəhəri İranın şiə dini mərkəzlərindən biridir.

Məlumatlarda qeyd olunur ki, Muctəba Xamneyi qərarvermə proseslərində iştirak edə bilmir və ictimai görünüşü son dərəcə məhduddur. Sosial mediada yayılan süni intellektlə hazırlanmış videolar onun fəaliyyətini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.

Qəzet həmçinin bildirib ki, ABŞ və İsrail kəşfiyyatı Muctəba Xameneinin vəziyyətini uzun müddətdir izləyir, kəşfiyyat məlumatları indiyədək gizli saxlanılıb.

Xameneinin yeni ali lider elan olunandan bəri ictimaiyyət qarşısında görünməməsi, yalnız yazılı bəyanatlarının, süni intellektlə hazırlanmış görüntülərin yayılması onun rəhbərliyi ilə bağlı şübhələri artırıb.

Məlumatda o da bildirilir ki, Qum şəhərində ata Xameneinin dəfninə hazırlıqlar gedir. Ailə üzvlərinin də sığa biləcəyi böyük məqbərə planlarının olduğu vurğulanır.

Fevralın 28-də edilən hücum nəticəsində Əli Xamenei, qızı, kürəkəni, nəvəsi və gəlini həlak olublar.

Xarici mətbuatın məlumatında o da vurğulanır ki, hazırda İranı İnqilab Keşikçiləri Korpusu (SEPAH) idarə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!