İran Trampın ultimatumuna əməl etməyəcək və Hörmüz boğazını açmayacaq.
Modern.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, İran ABŞ prezidenti Donald Trampın 8 aprel Bakı vaxtı ilə saat 5:00-də başa çatacaq Hörmüz boğazını açmaq tələbinə təslim olmayacaq.
Qeyd edilib ki, Tramp İranla razılaşma üçün iki dəfə son tarix təyin edib, bildirib ki, Tehran tələbə əməl etməsə, ölkəyə daha dəhşətli zərbələr endiriləcək.
"İndi ABŞ vitse-prezidenti J.D. Vensdən tutmuş Yaxın Şərqin yüksək vəzifəli kəşfiyyat rəsmilərinə qədər hər kəs son addım - atəşkəs üçün çalışarkən, İran rəsmiləri vasitəçilərə eyni vəziyyətin təkrarlanacağını gözlədiklərini bildirirlər", - jurnal yazır.
Bu arada "Axios" portalı xəbər verib ki, ABŞ prezidenti Donald Tramp İranın mülki infrastrukturuna və enerji obyektlərinə zərbə endirmək qərarını növbəti dəfə təxirə sala bilər.
Daha əvvəl Amerika lideri İranı "körpülər və elektrik stansiyaları" ilə hədələyərək, iranlıların "cəhənnəmdə yaşamaması" üçün Hörmüz boğazının yenidən açılmasını tələb etmişdi. Tehran bəyan etmişdi ki, Vaşinqtonun təhdidlərini yerinə yetirəcəyi təqdirdə ona qətiyyətlə cavab verəcək.
"Əgər prezident razılaşma istiqamətində irəliləyiş görərsə, zərbələri təxirə sala bilər", - "Axios" yazıb.