Modern.az

İsrail konsulluğuna hücum edənlərin kimlikləri açıqlandı

İsrail konsulluğuna hücum edənlərin kimlikləri açıqlandı

Dünya

Bu gün, 15:44

Türkiyə Daxili İşlər Nazirliyi İsrail konsulluğuna hücum edənlərin kimliyini açıqlayıb.

Modern.az xəbər verir ki, Türkiyə DİN-nin yaydığı məlumata görə hücumu həyata keçirən şəxslər-Yunus E.S, Onur. Ç və Enes.Ç olub.

Nazirliyin məlumatına görə, ölü olaraq ələ keçirilən Yunus E. S-nin dini istismar edən terror təşkilatı ilə əlaqələrinin olduğu, yaralı halda ələ keçirilən digər iki terrorçu- Onur Ç. və Enes Ç-nin isə qardaş olduqları və Onur Ç.-nin narkotiklə əlaqədar məhkumluğunun olduğu müəyyən edilib.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki İsrail konsulluğuna silahlı hücum edilib. 3 nəfər terrorçunun zərərsizləşdirildiyi hücum zamanı 2 polis əməkdaşı yaralanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!