Modern.az

Daşqınlar zamanı ölənlərin sayı 6-ya çatdı

Daşqınlar zamanı ölənlərin sayı 6-ya çatdı

Dünya

Bu gün, 16:02

Son 3 gündə Dağıstanda daşqınlar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xilasedicilər bölgənin Dərbənd rayonunun Mamedqala kəndində bir qadının cəsədini aşkar ediblər. Bununla da respublikada daşqınlar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu kənd həftəsonu güclü yağışlar nəticəsində baş verən bəndin dağılması nəticəsində ən çox zərər çəkən kəndlərdən biri olub. Orada ən azı iki nəfər - 12 yaşlı qız və hamilə qadın ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!