Modern.az

Atəşkəs necə əldə olundu...- DETALLAR

Atəşkəs necə əldə olundu...- DETALLAR

Dünya

Bu gün, 13:15

 

Ötən gecə Pakistanın vasitəçiliyi ilə ABŞ və İran 2 həftəlik atəşkəs barədə razılıq əldə edilib.

Modern.az xəbər verir ki, Axios nəşri atəşks danışıqlarının detallarını yazıb. Nəşr mənbələrinə istinadən xəbər verir ki, 6 aprel sülh planlarına "xaotik düzəlişlər günü" olub.

Bazar ertəsi səhəri Tramp Ağ Evdə Pasxa bayramı şənliklərində çıxış edərkən, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff bütün danışıq iştirakçılarına zəng edərək İranın ABŞ-a göndərdiyi 10 maddəlik əks təklifi "fəlakət" elan edir. Buna cavab olaraq, Pakistan vasitəçiləri ilə Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi arasında sazişin yeni layihələri müzakirə olunur, Misir və Türkiyə xarici işlər nazirləri isə tərəflərə fikir ayrılıqlarını aradan qaldırmağa kömək etməyə çalışırlar.

Həmin günün axşamına qədər vasitəçilər iki həftəlik atəşkəslə bağlı yenilənmiş təklifə ABŞ-nin təsdiqini aldılar. Yekun qərar prosesdə fəal iştirak edən Müctəba Xameneinin ixtiyarında olub. Problem ondan ibarət idi ki, İran liderinin iştirakı "gizli və çox əmək tələb edirdi". İsrailin sui-qəsd təhdidi səbəbindən Xamenei əsasən qeydlər çatdıran kuryerlər vasitəsilə qarşı tərəflə əlaqə saxlayırdı.

Nəşrin iki mənbəsi Xameneinin atəşkəs razılaşmasını "irəliləyiş" adlandırıb. Regional mənbə qeyd etdi ki, Əraqçi həm danışıqlara rəhbərlik etməkdə, həm də SEPAH komandirlərini atəşkəs razılaşmasını qəbul etməyə inandırmaqda əsas rol oynayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada