Modern.az

Keçmiş komitə sədri saxlanıldı

Keçmiş komitə sədri saxlanıldı

Dünya

Bu gün, 13:37

Ermənistan Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri və Respublika Partiyasının üzvü Arman Sahakyan saxlanılıb.

Modern.az xəbər verir ki, bu haqda  Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işləri çərçivəsində bir neçə şəxs, o cümlədən Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri və digər keçmiş yüksək vəzifəli şəxslər Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət törətmək ittihamı ilə saxlanılıb.

İlkin istintaqla əlaqədar olaraq komitə əlavə məlumat verməyib.

Qeyd edək ki, Arman Sahakyanın üzvü olduğu Respublika Partiyasının lideri keçmiş president Serj Sarkisyandır. Sarkisyan 7 iyun seçkiləri öncəsi aktivləşib və hakimiyyət uğrunda yeni mübarizəyə başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada