Qətər Xarici İşlər Nazirliyi bildirib ki, İran hücumlarının vurduğu dağıntıları kompensasiya etməlidir.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin yerli mətbuatda dərc olunmuş bəyanatında bildirilib.
8 apreldə ABŞ və İran iki həftəlik atəşkəs müqaviləsi imzalayıblar. Sənəddə İrana kompensasiya ödənilməsi nəzərdə tutulur; müqavilə onların digər ölkələr qarşısında öhdəliklərini əhatə etmir.