Modern.az

Şahbaz Şərif də atəşkəsin pozulduğunu AÇIQLADI

Şahbaz Şərif də atəşkəsin pozulduğunu AÇIQLADI

Dünya

Bu gün, 18:50

Yaxın Şərqdə münaqişə zonası boyu bir sıra yerlərdə atəşkəsin pozulma halları qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

O, tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

“Bu, sülh prosesinin ruhunu zədələyir. Diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün bütün tərəfləri razılaşdırıldığı kimi, iki həftə ərzində təmkinli olmağa və atəşkəsə riayət etməyə çağırıram”, - o qeyd edib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı İsrailin atəşkəsi pozduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada