İsrail ordusu Livanda “Hizbullah” təşkilatının rəhbərliyinə yaxın şəxsə qarşı zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hücum təşkilatın baş katibi Naim Qasimin ən yaxın çevrəsinə yönəlib. İsrailin 14-cü kanalının hərbi müxbiri Hillel Biton Rozenin məlumatına görə, zərbənin hədəfi Qasimin şəxsi katibi və eyni zamanda onun qardaşı oğlu olub.
Digər İsrail mediası bildirir ki, hədəfə alınan şəxs təşkilat daxilində ən etibarlı fiqurlardan biri sayılırdı. O, Naim Qasimin şəxsi köməkçisi kimi fəaliyyət göstərir, onunla əlaqəyə nəzarət edir və rəhbərin iş proseslərini idarə edirdi.
Hadisə ilə bağlı əlavə məlumatlar hələ açıqlanmayıb.