Modern.az

Qətər: İran tərəfindən ölkə ərazisinə zərbələr endirilib

Qətər: İran tərəfindən ölkə ərazisinə zərbələr endirilib

Dünya

8 Aprel 2026, 22:35

Qətər Müdafiə Nazirliyi ölkə ərazisinin kütləvi hücuma məruz qaldığını açıqlayıb.

Modern.az xəbər verir ki, rəsmi məlumatda hücumun İran tərəfindən həyata keçirildiyi bildirilir. Qeyd olunub ki, ölkə ərazisinə 7 ədəd ballistik raket və bir neçə zərbə tipli pilotsuz uçuş aparatı ilə hücum edilib.

Hazırda dağıntıların miqyası və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Rəsmi Doha hücuma görə məsuliyyəti Tehranın üzərinə qoyur. Bu hadisə regionda vəziyyəti daha da gərginləşdirərək böyükmiqyaslı hərbi qarşıdurma riskini artırır.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada