İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli rəsmisi Livanda baş verən son hadisələrlə bağlı sərt açıqlama verib.
Modern.az xəbər verir ki, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musavi bildirib ki, “Hizbullah”a qarşı hücum əslində İrana qarşı yönəlib.
Onun sözlərinə görə, baş verənlərə cavab olaraq döyüş meydanında sarsıdıcı cavab hazırlanır.
“‘Hizbullah’a hücum İrana hücumdur. Rejimin vəhşi cinayətlərinə qarşı meydanda dağıdıcı cavab hazırlanır. Əziz xalqım, raketlərin əsl yanacağı sizin küçələrdə birliyinizdir”, – deyə o qeyd edib.
Açıqlama regionda gərginliyin daha da artdığı bir vaxta təsadüf edir.