Modern.az

Hörmüz boğazı hələ də gəmilər üçün bağlıdır

Hörmüz boğazı hələ də gəmilər üçün bağlıdır

Dünya

8 Aprel 2026, 23:15

İran hakimiyyəti Hörmüz boğazının hələ də gəmilərin keçidi üçün bağlı qaldığını açıqlayıb.

Modern.az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazdan icazəsiz keçməyə çalışan gəmilərin məhv ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Məlumata görə, Britaniyanın gəmiçilik broker şirkəti SSY-nin nümayəndəsi Kler Qrierson "BBC Verify" jurnalistlərinə bildirib ki, Fars körfəzində olan gəmilər beynəlxalq dəniz xəbərdarlıq tezliyi vasitəsilə belə bir mesaj alıblar:

“Hörmüz boğazından keçid bağlı olaraq qalır və keçid üçün SEPAH-dan icazə almalısınız. Dənizə çıxmağa cəhd edən hər bir gəmi hücuma məruz qalacaq və məhv ediləcək”.

Bildirilir ki, çərşənbə günü boğazdan iki neft tankerinin keçidinə icazə verilsə də, daha sonra hərəkət yenidən dayandırılıb. İran mediası bunu İsrailin Livana davam edən hücumları ilə əlaqələndirir.

Xatırladaq ki, Hörmüz boğazının açılması ABŞ və İran arasında mümkün atəşkəs razılaşmasının əsas şərtlərindən biri hesab olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada