İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə mümkün atəşkəs razılaşması ilə bağlı açıqlama verib.
Modern.az xəbər verir ki, nazir bildirib ki, İran və ABŞ arasında atəşkəs şərtləri aydın və konkretdir.
Onun sözlərinə görə, Vaşinqton seçim etməlidir: ya atəşkəsə razılaşmalı, ya da İsrail vasitəsilə müharibəni davam etdirməlidir.
“Bu iki variantı eyni anda həyata keçirmək mümkün deyil”, – deyə o vurğulayıb.
Əraqçi əlavə edib ki, dünya Livanda baş verən hadisələri izləyir:
“Top ABŞ-nin meydançasındadır və beynəlxalq ictimaiyyət bu ölkənin öz öhdəliklərinə əməl edib-etməyəcəyini müşahidə edir”.