ABŞ və İran arasında növbəti danışıqların vaxtı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit məlumat verib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp danışıqlar qrupu göndərir. Heyətə ABŞ-nin Vitse-prezidenti Vens, xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşner daxildir.
Bildirilib ki, danışıqlar bu həftəsonu İslamabad şəhərində keçiriləcək.
Açıqlamaya əsasən, ilk raund aprelin 11-i baş tutacaq. Qeyd olunub ki, tərəflər üzbəüz görüşlərə böyük ümid bəsləyirlər.