Modern.az

İranla danışıqlar nəticəsiz qaldı - Vens Pakistanı tərk etdi

İranla danışıqlar nəticəsiz qaldı - Vens Pakistanı tərk etdi

Dünya

Bu gün, 10:07

ABŞ-nin vitse-prezidenti J.D. Vens İran nümayəndə heyəti ilə aparılan, lakin nəticəsiz başa çatan danışıqlardan sonra Pakistandan ayrılıb.

Modern.az xəbər verir ki, bu barədə vitse-prezidentin mətbuat xidməti məlumat yayıb.

“Flight Radar” xidmətinin məlumatına görə, “İki nömrəli bort” Pakistanın hava məkanını Tacikistan istiqamətindən tərk edib.

Qeyd edək ki, Vens bundan əvvəl Vaşinqton və İran nümayəndələri arasında İslamabad şəhərində keçirilən danışıqların yekununda razılıq əldə olunmadığını bəyan etmişdi.

“İran tərəfi ilə bir sıra məzmunlu müzakirələr apardıq ki, bu, müsbət haldır. Lakin mənfi məqam ondan ibarətdir ki, razılığa nail ola bilmədik. Bizə onların nüvə silahı yaratmaq niyyətində olmadıqlarına və bu istiqamətdə imkan verəcək vasitələri əldə etməyə çalışmayacaqlarına dair qəti zəmanət lazımdır. Əsas sual isə budur: onların təkcə hazırda və ya yaxın illərdə deyil, uzunmüddətli perspektivdə də nüvə silahı hazırlamaq niyyətində olmadıqlarına inanırıqmı? Hazırda bunu görmürük, lakin görəcəyimizə ümid edirik”, – deyə o bildirib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ