Modern.az

Dağıstanda güclü yağışlar: 500-dən çox ev su altında qaldı

Dağıstanda güclü yağışlar: 500-dən çox ev su altında qaldı

Dünya

Bu gün, 10:20

Xilasedicilər Dağıstan ərazisində güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beş bələdiyyə üzrə 516 yaşayış evi, 556 həyətyanı sahə və 45 avtomobil yolu sahəsi su altında qalıb. 16 müvəqqəti yerləşdirmə məntəqəsində 523 nəfər, o cümlədən 173 uşaq yerləşdirilib.

Çeçenistan Respublikası ərazisində isə yağış suları tamamilə çəkilib, su basmış ev və sahə qalmayıb. Hazırda bərpa işləri aparılır, həmçinin dəymiş ziyanın qiymətləndirilməsi üzrə komissiyalar fəaliyyət göstərir.

Əlverişsiz hava şəraitinin nəticələrinin aradan qaldırılması üçün FHN-in aviasiya vasitələri ilə yanaşı, ümumilikdə 3 300-dən çox şəxsi heyət və 700-dən artıq texnika səfərbər olunub.

Qeyd edək ki, mart ayının sonu və aprelin əvvəllərində Dağıstanın bir sıra rayonlarında intensiv yağıntılar qeydə alınıb. Bu isə ciddi daşqınlara, eləcə də yaşayış evlərinin dağıdılmasına səbəb olub. Nazirliyin məlumatına əsasən, təbii fəlakət nəticəsində 6 nəfər həyatını itirib. Ümumilikdə fövqəladə vəziyyət zonasına 1,5 milyona yaxın sakin düşüb. 1 300-ü uşaq olmaqla, 6 229 nəfər təxliyə edilib.

Dağıstan və qonşu Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət elan olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ