İsrail Baş naziri Benyamin Netanyahu hərbi katib, general-mayor Roman Hoffmanı "Mossad" kəşfiyyat xidmətinin direktoru təyin edib.
Modern.az xəbər verir ki, bu barədə Baş Nazirin Ofisi məlumat yayıb.
Yüksək Təyinatlar üzrə Məşvərət Komitəsi Hoffmanın namizədliyini bu gün təsdiqləyib. Daha sonra Netanyahu Hoffmanın "Mossad" kəşfiyyatının növbəti direktoru təyin edilməsi barədə sərəncam imzalayıb. Ofis qeyd edib ki, o, bu vəzifəni iyunun 2-də icra edəcək.
Hoffman 1976-cı ildə Belarusda anadan olub. 1990-cı ildə valideynləri ilə birlikdə İsrailə gedib. 2022-ci ildə Milli Quru Qoşunları Təlim Mərkəzinin rəhbəri, 2024-cü ilin may ayında isə Netanyahunun hərbi katibi oldu.