Modern.az

Movses Akopyan: “Naxçıvan istiqamətində azərbaycanlılar 6 kilometr irəlilədi”      

Movses Akopyan: “Naxçıvan istiqamətində azərbaycanlılar 6 kilometr irəlilədi”      

19 Noyabr 2020, 15:38

Erməni general Movses Akopyan şok açıqlamalar verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Akopyan 2018-ci ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu “Günnüt əməliyyatı” barədə danışıb.


“2018-ci ilin aprel-may aylarında Naxçıvanla həmsərhəd Zanqakatun və Areni kəndləri istiqamətində bir çox ərazilər itirilmişdi. Ayrı-ayrı istiqamətlərdə azərbaycanlılar 6 kilometr irəliləmişdi. 

Bu amilləri nəzərə alaraq, həmin istiqamətdə korpus komandiri olmuş Artak Davtyanın Baş Qərargah rəisi təyin olunmasına qarşı çıxdım".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə