Modern.az

İki gündə 6 koronavirus xəstəsi saxlanılıb

İki gündə 6 koronavirus xəstəsi saxlanılıb

21 Avqust 2021, 12:01

19 və 20 avqust tarixlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb.

 

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat