Modern.az

Toyda dava düşdü, bir nəfər bıçaqlandı

Toyda dava düşdü, bir nəfər bıçaqlandı

10 Dekabr 2022, 20:54

Goranboyda toy məclisində bıçaqlanma olub.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndində baş verib.

 

Kənd sakini 1991-ci il təvəllüdlü Elman Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yarası tikilib, lakin vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var