Modern.az

Daha bir uşaq qızılcadan dünyasını dəyişdi

Daha bir uşaq qızılcadan dünyasını dəyişdi

Hadisə

2 Dekabr 2023, 23:26

Qobustanda daha bir uşaq qızılcadan dünyasını dəyişib.

 

Modern.az Sputnik.az-a istinadən xəbər verir ki, Baxışlı Elmir Elbrus oğlu iki yaşında qızılcadan vəfat edib.

 

Atası Elbrus Baxışov bildirib ki, evdə digər iki övladı da qızılca olub, onlar sağalsa da, qızılcaya yoluxmuş balaca Elmiri xilas etmək olmayıb.

 

“Uşağı polikilinikaya müayinəyə aparmışdım. Həkim nə təyin etmişdisə edirdik. Dekabrın 8-də iki yaşını qeyd edəcəkdik, amma balam tələf oldu”, - atası deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı