Modern.az

Lənkəranda 60 yaşlı kişi özünü GÜLLƏLƏDİ

Lənkəranda 60 yaşlı kişi özünü GÜLLƏLƏDİ

15 Noyabr 2024, 16:08

Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Modern.az xəbər verir ki, Lənkəranın Zövlə kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Yaxınlarının deməsinə görə, Q.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.

Faktla bağlı araşdırma gedir.(APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat