Modern.az

Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var

Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var

Hadisə

22 Dekabr 2024, 13:43

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az-ın məlumatına görə, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.

 

Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralı xəstəxanaya çatdırılıb.

 

İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi