Modern.az

Tatarıstanda 6 fəhlə yanaraq ÖLDÜ

Tatarıstanda 6 fəhlə yanaraq ÖLDÜ

24 Dekabr 2024, 10:06

Rusiya Federasiyasının Tatarıstan Respublikasında yanğında altı nəfər ölüb.

Modern.az-ın xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Maloreçensk qəsəbəsində heyvandarlıq kompleksinin ərazisində fəhlələrin müvəqqəti yaşadığı evdə yanğın baş verib.

Yanğın söndürüləndən sonra hadisə yerində altı kişinin meyiti aşkarlanıb.

Məlumatda bildirilir ki, yanğın 300 kv.m sahəni əhatə edib.

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat