Modern.az

Ordubadda ağır qəza: 6 nəfər yaralandı - Hadisə yerindən GÖRÜNTÜLƏR 

Ordubadda ağır qəza: 6 nəfər yaralandı - Hadisə yerindən GÖRÜNTÜLƏR 

30 Dekabr 2024, 19:26

Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, qəza rayonun Aza kəndi ərazisində qeydə alınıb.

 

69-BD-013 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobillə 69-BF-392 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır