Modern.az

Bayram gecəsi faciəvi şəkildə öldü

Bayram gecəsi faciəvi şəkildə öldü

Hadisə

1 Yanvar 2025, 09:26

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkətdə olan "BMW" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub..

Zərbənin təsirindən aşan “BMW” yolun kənarında dayanan 69 yaşlı Həmid Tağıyevi vurub.

Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Toqquşan avtomobillərdə olan 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi