Modern.az

Biləsuvarda yeniyetmə "TikTok"un güdazına getdi

Biləsuvarda yeniyetmə "TikTok"un güdazına getdi

Hadisə

1 Yanvar 2025, 20:33

Biləsuvarda yeniyetmə zəhərlənib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Biləsuvar rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.

 

Yeniyetmənin atası bildirib ki, övladı “TikTok” platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün “səs çıxaran” qurğu düzəltmək istəyib. “Bu zaman bizdən xəbərsiz istifadə etdiyi “Net”in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq".

 

Fakt araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?